REGİONLAR


Sumqayıt gəncləri üçün növbəti yay məktəbi Qubada təşkil edilib

Sumqayıt, 20 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt gəncləri üçün iyulun 12-dən başlanılan yay məktəbinin növbəti turu Quba rayonunda təşkil edilib.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC –a bildirilib ki, yay məktəbində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin könüllüləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, səhiyyə işçiləri, şəhərin müxtəlif idarə, müəssisə və özəl təşkilatlarında çalışan gənclər iştirak ediblər.

Yay məktəbinin iştirakçıları rayon mərkəzində Ümummilli Liderin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Düşərgədə gənclər arasında intellektual və əyləncəli oyunlar təşkil edilib.

Yay məktəbi Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.