REGİONLAR


Sumqayıt pediatrları “Ana südü ilə qidalandırmanın vacibliyi və üstünlükləri”ni müzakirə ediblər

Sumqayıt, 9 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində fəaliyyət göstərən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) “Ana südü ilə qidalandırmanın vacibliyi və üstünlükləri” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mövzunun əhəmiyyətindən danışıb. TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan, həyata keçirilən islahatlardan söz açıb. Bildirib ki, bu sahədə müvafiq keyfiyyət standartları hazırlanıb və xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində bundan sonra da tədbirlər davam etdiriləcək.

BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı ofisinin nümayəndəsi Vəfa Ağayeva "Kiçik yaşlı uşaqların qidalanması" mövzusunda təqdimatla çıxış edərək bildirib ki, yenidoğulmuşlar və körpələr üçün ən yaxşı qida ana südüdür. Ana südü lazımi miqdarda qida maddələrinə malikdir və asanlıqla həzm olunur.

V.Ağayeva qeyd edib ki, körpə doğulandan ilk 6 ayına qədər yalnız ana südü ilə qidalanmalıdır. O vurğulayıb ki, 6 aydan sonra 2 yaşına qədər və ondan sonrakı müddətdə də əlavə qidalar da olmaqla yanaşı, ana südü davam etdirilməlidir.

Analara və yenidoğulmuşlara tibbi xidmət göstərən müəssisələrin əməkdaşlarının qatıldığı tədbirdə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.