İQTİSADİYYAT
“Sumqayıt” yedək-təchizat gəmisi əsaslı təmir edilib
Bakı, 9 aprel, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Sumqayıt” yedək-təchizat gəmisi əsaslı təmir olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində gəminin mexanizmləri, boru sistemləri, elektrik mühərrikləri və idarəetmə sistemləri təmir edilib. Heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar tamamilə yenilənib.
Gəmi tərsanəyə qaldırılaraq avar val, sükan qurğusu, dib-yan armaturları, protektor qurğularının təmiri aparılıb. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.
Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra gəminin dəniz sınağı həyata keçirilib. Sınaq uğurla tamamlanıb, “Sumqayıt” istismara qaytarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]