REGİONLAR


Sumqayıtda Şuşanın işğalının 23-cü ildönümü anılıb

Sumqayıt, 4 may, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıtda Şuşanın işğalının 23-cü ildönümünə həsr olunan “Şuşa həsrəti” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında keçirilən anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları Muxtar Babayev, Elman Məmmədov, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri, müharibədə yaxınlarını itirmiş, həmin müsibətlərin şahidləri olan şuşalılar da iştirak ediblər.

Bildirilib ki, Azərbaycan mədəniyyətinin əsrarəngiz beşiyi sayılan, tarixi torpaqlarımızın əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin Vətəni olan Qarabağın paytaxtı - Şuşa şəhəri artıq 23 ildir təcavüzkar Ermənistanın işğalı altındadır. İşğal nəticəsində nadir tarix-memarlıq tikililəri, qədim abidələr, yaşayış yerləri, hətta məzarlıqlar dağıdılıb, zəngin muzey və kitabxanalar talan edilib, xarabazara çevrilib.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən ardıcıl siyasətdən bəhs olundu, işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyi diqqətə çatdırıldı.

Sonra faciənin dəhşətlərini, erməni qəsbkarlarının vəhşiliklərini əks etdirən “Şuşa həsrəti” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.