REGİONLAR
Sumqayıtda etilen-polietilen zavodunun ərazisində 800 ağac əkilib
Sumqayıt, 12 noyabr, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin struktur bölmələrində növbəti iməcilik keçirilib. Konstitusiya Gününə həsr olunan iməcilikdə etilen-polietilen zavodunun, təmir-tikinti idarəsinin, birliyin baş ofisinin və “Azəriqaz” İB-nin əməkdaşları ilə birgə 400 nəfərdən çox insan iştirak edib.
AZƏRTAC xəbər verir ki, iməcilik iştirakçıları etilen-polietilen zavodunun qaz məhsullarının qəbulu və buraxılması sahəsinin xüsusi yaşıllıq zonası üçün ayrılmış ərazisində 800 ağac əkiblər.
Eyni zamanda, etilen-polietilen zavodunun və təmir-tikinti idarəsinin 300 nəfərlik işçisi daxili ərazilərdə, həmçinin Səməd Vurğun küçəsi boyu təmizlik-abadlıq işləri aparıb, əvvəlki iməciliklərdə əkilən ağaclara aqrotexniki qulluq göstərib, sahələri alaq otlarından təmizləyiblər.