CƏMİYYƏT


Sumqayıtın mərkəzində xəsarətlə nəticələnən yol qəzası baş verib

Sumqayıt, 1 aprel, AZƏRTAC

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sülh prospektində qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, hadisə zamanı "Hyundai" markalı minik vasitəsilə motosiklet toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Fətullayev Hikmət Gülağa oğlu ağır xəsarət alaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Zərərçəkən Sumqayıtda fəaliyyət göstərən "Dominos Pizza"nın əməkdaşıdır və onlayn sifarişi həyata keçirirmiş.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.