REGİONLAR


Sumqayıtlı gənc musiqiçi “Grande Mozart” festivalının qalibləri arasında

Sumqayıt, 3 may, Ətrabə Rzayeva, AZƏRTAC

V.A.Motsartın 265 illiyinə həsr olunan Beynəlxalq instrumental festival keçirilib. Onlayn formatda reallaşan “Grande Mozart” festivalında Qazaxıstan, Latviya və Azərbaycan musiqiçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi Ayan Abdullayeva “Grande Mozart” festivalında 2-ci yerə layiq görülüb. Gənc musiqiçini festivala müəllimi Vialetta Həsənəlizadə hazırlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.