DÜNYA


Süni intellekt elektron ticarətə uğur qazandırır

Bakı, 12 oktyabr, AZƏRTAC

Elektron ticarətdə süni intellektdən istifadə ümumilikdə effektiv nəticələr verir. Bu barədə “Gartner” analitik şirkətinin internet ticarəti sahəsində fəaliyyət göstərən 300 şirkət arasında keçirdiyi qlobal sorğunun nəticələrində deyilir.

AZƏRTAC “DailyComm” resursuna istinadla xəbər verir ki, sahə üzrə təşkilat və müəssisələrin 70 faizi bildirib ki, onların süni intellekt layihələri uğurlu olub. Respondentlərin dörddəüç hissəsi müxtəlif bazar göstəricilərinin ikirəqəmli templərlə (10 faizdən çox) artdığını qeyd edib. Məsələn, satışlar və müştəri məmnunluğu yaxşılaşıb, eləcə də xərclər azalıb.

Tədqiqatçıların proqnozlarına görə, 2020-ci ilədək süni intellekt elektron kommersiya bazarı şirkətlərinin 60 faizində bu və ya digər şəkildə tətbiq ediləcək, bu biznesdə mədaxil artımının 30 faizi isə süni intellekt texnologiyalarının payına düşəcək.

İnternet ticarəti ilə məşğul olan şirkətlər süni intellekt həllərindən ilk növbədə müştərilərin üstünlükləri barədə məlumatların tərtib edilməsi, məhsulların paylanılması və fırıldaqçılıq hallarının aşkarlanması üçün istifadə edirlər.

Süni intellektin uğurlu istifadəsinə baxmayaraq, şirkətlər texnologiyanın tətbiqi zamanı ciddi problemlərlə üzləşirlər. Məsələn, sorğu internet biznesinin sistemlərin keyfiyyətli təlimi (bunu rəyi soruşulanların 29 faizi bildirib) üçün məlumatlara və şirkətdə müvafiq bacarıqlara (27 faiz) malik olmamasını göstərib. Nəticədə texniki mütəxəssislər işə qəbul edilir və ya tərəfdaşlar cəlb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.