REGİONLAR
“Şuşa-Qarabağın incisi, mədəniyyətimizin beşiyi” adlı inşa yazı müsabiqəsi keçirilib
Ucar, 29 mart, AZƏRTAC
Ucarda Ağdaş Regional Mədəniyyət İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ucar nümayəndəliyinin və Ucar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “Şuşa - Qarabağın incisi, mədəniyyətimizin beşiyi” adlı inşa yazı müsabiqəsi keçirilib.
GİKM-nin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, inşa yazı müsabiqəsinin keçirilməsində əsas məqsəd məktəblilərdə milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik Şuşa şəhəri haqqında bilgiləri daha da artırmaq, eləcə də yeniyetmələrdə milli dəyərlərimizin aşılanması olub.
Qeyd edək ki, GİKM-nin Ucar nümayəndəliyində keçirilən müsabiqədə 28 məktəbli iştirak edib. Müsabiqə iştirakçıları 45 dəqiqə ərzində Şuşa şəhəri barədə öz bilgilərini qələmə alıblar.
İnşa yazılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı yazıların müəllifləri mükafatlandırılacaq.