Şuşanın 270 illiyinə həsr olunmuş konfransda 40-dan çox məruzə dinləniləcək
AzerTAg.az

Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans “Şuşanın tarixi. Sosial-siyasi və dini həyatı”, “Ermənilərin Şuşada törətdiyi soyqırımları. Tarix və mədəni irsə qarşı erməni vandalizmi”, “Şuşanın mədəni həyatı”, “Şuşa beynəlxalq aləmdə. Qardaşlaşmış şəhərlər” və “Şuşa Bəyannaməsi” adlı bölmələr üzrə dekabrın 6-dək davam edəcək. Konfransda Ukrayna, Türkiyə, Polşa, Albaniya və s. ölkələrdən olan alimlər məruzələrlə çıxış edəcəklər.
Elmi konfransda 40-dan çox məruzənin dinlənilməsi nəzərdə tutulur.
Xəbərin mətnində orfoqrafik səhv var