MƏDƏNİYYƏT


Şuşanın mədəniyyət abidələri haqqında növbəti videoçarx

Bakı, 28 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Şuşa şəhərinin mədəniyyət abidələri haqqında videoçarx təqdim edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videomaterialda mövzu ilə bağlı ətraflı məlumat verilib.

Belə ki, dövlətimizin, tariximizin ayrılmaz parçası olan Şuşanın milli mədəniyyətimizin inkişaf tapdığı şanlı bir diyar olduğu, şəhərin ərazisinin qədim abidələrlə zənginliyi barədə, habelə şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarlarının olduğu haqqında məlumatlar yer alır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.