MƏDƏNİYYƏT


Şuşanın tarixi abidələri haqqında videoçarx hazırlanıb

Bakı, 5 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi “Şuşa İli” ilə əlaqədar növbəti videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın İnformasiya-resurs şöbəsinin “Şuşa şəhərinin tarixi abidələri” silsiləsindən “İkimərtəbəli karvansara” haqqında hazırladığı videoçarx dahi Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamı ilə müşayiət olunub. Burada XIX əsrdə Şuşada inşa edilən mehmanxana tipli ikimərtəbəli karvansara haqqında məlumat verilib. Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə şəhərdəki digər karvansaralardan seçilib.

Qeyd edək ki, təqdim olunan videoçarxda müxtəlif fotolardan istifadə olunub. Videoçarxı qurumun sosial şəbəkələrindən izləyə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.