CƏMİYYƏT
Şüvəlan qəsəbəsində traktor qaçıran şəxs saxlanılıb
Bakı, 22 yanvar, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əsgərov yanvarın 14-nə keçən gecə Şüvəlan qəsəbəsi ərazisindən “Hidromek 102 B” markalı traktorunun qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində traktoru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.