DÜNYA


Süveyş kanalı 3 il ərzində Misirə 15,8 milyard dollar həcmində gəlir gətirib

Qahirə, 7 avqust, AZƏRTAC

Süveyş kanalı onun yeni məcrasının (Süveyş kanalının qismən dublyoru) işə salındığı vaxtdan etibarən - 2015-ci ilin avqustundan 2018-ci il iyulun sonunadək dövlətə rekord həcmdə - 15,8 milyard dollar gəlir gətirib.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Süveyş kanalı Administrasiyasının sədri Mohab Mamiş Qahirədə açıqlayıb. Onun sözlərinə görə, 3 il ərzində 52199 gəmi rekord miqdarda yüklə Süveyş kanalını keçib. Göstərilən dövrdə dəniz yükdaşımaları 3,01 milyard ton təşkil edib.

M.Mamiş qeyd edib ki, Süveyş kanalından gələn gəlir 2017-2018-ci maliyyə ilində öz tarixində ən yüksək həddinə - 5,6 milyard dollara çatıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.