SİYASƏT


Sverdlovsk vilayətinin qubernatoru özünün Instаgram səhifəsində Azərbaycana səfərindən yazıb

Moskva, 11 sentyabr, AZƏRTAC 

Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev özünün Instаgram səhifəsində Azərbaycana səfərinin başlanmasından yazıb.

AZƏRTAC xəbər verir ki, vilayətin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Qubernator yazıb: “Sverdlovsk vilayəti nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Sahibkarlarımız, regional və yerli səviyyədə hakimiyyət təmsilçilərimiz bu dost ölkə ilə həyata keçiriləcək yeni layihələr və əməkdaşlıq sahələri ilə bağlı razılığa gəlməlidirlər. Azərbaycan bizim etibarlı tərəfdaşımızdır və birgə layihələr üçün potensial çox böyükdür. Birlikdə fəaliyyət göstərəcəyik”.

Sverdlovsk vilayəti nümayəndə heyətinin tərkibinə regional qanunverici məclisin sədri Lyudmila Babuşkina, insan haqları üzrə müvəkkil Tatyana Merzlyakova, həmçinin regional parlamentin deputatları, hökumət üzvləri, Ural regionunun aparıcı ali təhsil müəssisələrinin rektorları və sahibkarlar daxildirlər.

Səfər çərçivəsində rəsmi şəxslər və işgüzar dairələrin nümayəndələri ilə bir sıra görüş və danışıqların keçirilməsi nəzərdə tutulub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.