SİYASƏT
TACİKİSTANDA RESPUBLİKA VƏTƏNDAŞLARINI MDB ÖLKƏLƏRİNDƏ İŞƏ DÜZƏLDƏN FİRMALAR YOXLANILIR
Tacikistan dövlət başçısının icra aparatında bildirmişlər ki, vasitəçi qurumların təftişinə Baş Prokurorluq da cəlb edilir. Baş Prokurorluq, məsələn, bu yaxınlarda respublikanın 300-dən artıq vətəndaşının Omsk vilayətindən çıxarılması ilə bağlı hadisəni araşdırmalıdır. Firmalardan birinin təqsiri ucbatından həmin şəxslər işverənlərdən rəsmi dəvət almadan və müvafiq icazə sənədləri olmadan Rusiyaya göndərilmişdir. Bir həftə davam edən araşdırmalardan sonra əmək miqrantlarını iki hərbi-nəqliyyat təyyarəsi liə Düşənbəyə qaytarmışlar.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, hər il respublikanın hüdudlarından kənarda işədüzəlmə prosesinə Tacikistanın 800-900 min sakini cəlb edilir. Onların əksəriyyəti Rusiyada gizli şəraitdə işləyir.