ELM VƏ TƏHSİL
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASINDA MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Komissiyanın sədri Məleykə Abbaszadə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində (DƏİEDK) dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün test imtahanının keçirildiyini bildirmişdir.
Nəzərə çarpdırılmışdır ki, 81 nəfərin namizədliyi qeydə alınmışdır. Onların 17 nəfəri qadın, 64-ü kişidir.
M.Abbaszadə, həmçinin “Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq, ötən il Xarici İşlər, İqtisadi İnkişaf nazirliklərinə, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna, TQDK-ya, bu il isə Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər, Xarici İşlər nazirliklərinə dövlət qulluğuna qəbul imtahanlarının keçirildiyini xatırlatmış, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarına hazırlıqla bağlı görülən tədbirlərdən bəhs etmişdir.
Sonra TQDK-nın sədri jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.