SİYASƏT
TƏRƏFLƏR ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIRLAR
AZƏRTAC xəbər verir ki, dostluq qrupunun rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədr müavini Gültəkin Hacıyeva səfiri yeni təyinatı münasibətilə təbrik etmiş, Azərbaycan parlamentinin fəaliyyəti, ölkədə aparılan hüquqi islahatlar barədə ətraflı məlumat vermişdir. O demişdir ki, Azərbaycan Cənubi Qafqazda daha inkişaf etmiş ölkədir və Latviya ilə əməkdaşlığın genişlənməsində maraqlıdır.
Gültəkin Hacıyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, ölkəmizin bu məsələdə ədalətli mövqeyindən danışmış və Latviya Respublikasının rəsmilərinə münaqişənin həllində Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir.
Səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq edən səfir Andris Viltsanis demişdir ki, onun ölkəsi də münasibətlərimizin inkişafında maraqlıdır. Görüşün əsas məqsədi də bu barədə söhbət aparmaqdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.