İDMAN


TAYSON İRLANDİYAYA SƏFƏRƏ HAZIRLAŞIR

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu yaxınlarda İngiltərə səfərini başa çatdırmış boks üzrə fövqəlağır çəkili keçmiş dünya çempionu Mayk Tayson gələn il İrlandiyanı gəzmək niyyətindədir. Səfər zamanı Tayson bir çox ziyafətlərin fəxri qonağı olacaqdır. Hər kəs 180-350 dollara bilet alıb Taysonla bir masa arxasında əyləşə biləcəkdir. Britaniya adalarında yaxşı tanınan digər sabiq dünya çempionu, Taysonun keçmiş rəqibi Frenk Brunonun da ona qoşulacağı gözlənilir.

Boksçu İngiltərə səfərindən razı qalmışdır. Bu səfərə görə təxminən 400 min dollar qonorar almış Tayson İrlandiyaya dəvət gözləyir. Boksçu təsdiq etmişdir ki, heç olmazsa, bir dəfə də olsun peşəkar rinqə çıxacaqdır. O demişdir: “Makbrayda məğlub olsam da, mən həvəsdən düşməmişəm. Boks aləmi Taysonun son döyüşünü görəcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.