ELM VƏ TƏHSİL
TEXNİKİ PEŞƏ TƏHSİLİ İNKİŞAF ETDİRİLƏCƏKDİR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, 11 nömrəli Bakı Peşə Liseyində respublika peşə təhsili işçilərinin konfransı keçirilmişdir.
Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının (2007-2012-ci illər)” əhəmiyyətini vurğulamışdır.
Nazir qeyd edilən proqramın icrası istiqamətində həyata keçiriləcək tədbirlər, peşə təhsili sistemi qarşısında duran vəzifələr, peşə məktəbi və liseylərində bazar iqtisadiyyatının tələblərinə uyğun kadr hazırlığı və s. barədə ətraflı söhbət açmışdır.
Texniki peşə təhsili sahəsində mövcud problemlərə toxunan M.Mərdanov onların aradan qaldırılmasının vacibliyini bildirmişdir.
Sonra texniki peşə təhsilinin inkişafı ilə bağlı geniş müzakirələr aparılmış, təkliflər verilmişdir.