REGİONLAR


TORPAQ MÜLKİYYƏTÇİLƏRİ KARTOF ƏKİNİNİ BAŞA ÇATDIRMIŞLAR

Ucar rayonunda təsərrüfatın qeyri-ənənəvi sahəsi olan kartofçuluq son illər nəzərəçarpacaq dərəcədə inkişaf etdirilir. Ötən il fərdi təsərrüfatlara məxsus 235 hektarda kartof yetişdirilmiş, sahələrdən 1500 tondan çox məhsul götürülmüşdür.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bölgədə artıq cari ilin məhsulu üçün əkin kampaniyası başa çatdırılmışdır. Rayonun torpaq mülkiyyətçiləri bu il kartof əkini sahələrini 250 hektaradək artırmışlar. Ucarda kartofçuluğa daha çox maraq göstərilən Təzə Şilyan, Küçəkənd, Qiziyan, Qazıqumaq və digər kəndlərdə əkin kampaniyası optimal müddətdə başa çatdırılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.