İQTİSADİYYAT


TRACECA-nın Azərbaycan hissəsində 13,6 milyon ton yük daşınıb

Bakı, 14 iyun, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 13,6 milyon ton, yük dövriyyəsi isə 3 milyard 225,1 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 7 milyon 581,4 min tonu və ya 55,7 faizi avtomobil nəqliyyatı, 4 milyon 435,3 min tonu və ya 32,5 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 606,3 min tonu və ya 11,8 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,7 faizini və ya 3 milyon 229,2 min tonunu tranzit yüklər təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.