İQTİSADİYYAT


TRASEKA-nın Azərbaycan hissəsində 24,4 milyon ton yük daşınıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24,4 milyon ton, yük dövriyyəsi isə 5 milyard 550,1 milyon ton/kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 13 milyon 956,8 min tonu və ya 57 faizi avtomobil nəqliyyatı, 7,5 milyon tonu və ya 30,8 faizi dəmir yolu nəqliyyatı, 2,9 milyon tonu və ya 12,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,2 faizini və ya 4 milyon 955,6 min tonunu tranzit yüklər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.