SİYASƏT
TÜRKİYƏ KƏŞFİYYATI TERROR AKTLARININ TƏKRAR OLUNACAĞI BARƏDƏ XƏBƏRDARLIQ ETMƏMİŞDİR
AZƏRTAC-ın Ankaradakı müxbirinin verdiyi xəbərə görə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan kütləvi informasiya vasitələrində yayılan belə bir məlumatı təkzib etmişdir ki, guya Türkiyə kəşfiyyatı İstanbulda Britaniya nümayəndəliklərinə qarşı terror aktları barədə ona məruzə təqdim olunmuşdur və həmin məruzədə terrorçuların təkrar zərbə endirəcəkləri ehtimalından xəbər verilir.
Nazirlər Kabinetinin başçısı bildirmişdir ki, belə məlumat yerli-dibli olmamışdır və bu barədə bütün məlumatlar jurnalistlərin uydurmasıdır.
Cəmi bir həftə ərzində Türkiyə iki terror aktına məruz qalmışdır. Ötən şənbə günü “Neve-Şalom” və “Beyt İsrael” sinaqoqlarında güclü partlayışlar olmuş, indi isə terrorçular İstanbul şəhərindəki Britaniya nümayəndəliklərinin önündə iki bomba partlatmışlar. Bu terror aktları nəticəsində 54 nəfər həlak olmuş, 750-dən artıq adam yaralanmışdır.