DÜNYA


Taksim tramvayı bu gün 105 yaşını qeyd edir

İstanbul, 11 fevral, AZƏRTAC

İstanbulun rəmzlərindən birinə çevrilən Taksim tramvayı bu gün 105 yaşını qeyd edir.

AZƏRTAC xəbər verir ki, 1871-ci ildə İstanbulda Azadqapı-Beşiktaş xətti üzrə atlar vasitəsilə hərəkət edən ilk tramvay fəaliyyətə başlayıb. 1912-ci ildə Balkan savaşının başlaması ilə ölkədəki bütün atlar, o cümlədən tramvay xəttində istifadə edilən atlar da cəbhəyə göndərilib. Bu səbəbdən iki il ərzində İstanbulda tramvay sisteminin fəaliyyəti dayandırılıb. 1913-cü ildə “Silahtarağa” elektrik fabrikinin qurulması ilə Türkiyədə elektrikli tramvayların istehsalına başlanılıb. Bununla da ikiillik fasilədən sonra 1914-cü il fevralın 11-də İstanbulda yenidən tramvayların fəaliyyəti bərpa olunub.

İstanbulun məşhur İstiqlal prospektinin əvəzolunmaz rəmzinə çevrilən Taksim tramvayının fəaliyyəti bu müddətdə inkişaf edən texnologiya və şəhərin yenilənməsi işləri ilə əlaqədar iki dəfə - 1961-ci və 1966-cı illərdə dayandırılıb.

Hazırda İstanbulda tramvay xətti şəbəkəsinin uzunluğu 170 kilometrdir. Bundan başqa, 285 kilometr uzunluğunda tramvay xətti inşa olunur.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.