İQTİSADİYYAT


Taleh Ziyadov: Zəngəzur dəhlizinin açılması ilə Bakı Limanının böyük potensialı üzə çıxacaq

Bakı, 7 dekabr, AZƏRTAC

Zəngəzur dəhlizinin açılması ilə Bakı Limanının böyük potensialı üzə çıxacaq və gələcəkdə bu dəhlizlə yükdaşımaların artacağını gözləyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov dekabrın 7-də Bakı limanında KİV üçün keçirilən təlimdə deyib.

T.Ziyadov qeyd edib ki, Sovet İttifaqı respublikaları arasındakı iqtisadi əlaqələr Zəngəzur dəhlizi vasitəsilə aparılırdı: “Bizim ölkəmizdən İrana gedən dəmir yolu vasitəsilə ildə 3 milyon tona qədər yük dövriyyəsi olurdu. Birinci Qarabağ müharibəsindən sonra isə bu dəhlizlə yükdaşıma tamamilə dayandı. Hazırda isə İkinci Qarabağ müharibəsində əldə edilən Zəfərlə həm Azərbaycan, həm də region üçün yeni perspektivlər yarandı”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.