Tarix Muzeyində növbəti ustad dərsi: Şuşa qalasının açarı
AzerTAg.az
Bakı, 28 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Şuşa qalasının açarı” adlı növbəti xeyriyyə tədbiri - ustad dərsi keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Tədbirdə Vətən müharibəsi şəhid ailələrinin üzvləri, övladları və qazilər iştirak ediblər. Dərsdə tədbirin təşkilatçılarına Qarabağ xanlığına aid muzeydə qorunan eksponatlar, Şuşa şəhərinin tarixi, Şuşa qalasının açarı haqqında məlumat verilib, uşaqlara Şuşa qalasının açarı formasında əlfəcin düzəldilmə qaydasını öyrədiblər.
Sonra şəhid övladlarına muzeyin hədiyyələri və yazıçı-rəssam Lalə Umud Bağırovanın kitabları təqdim edilib.
Layihənin iştirakçıları üçün muzeyə ekskursiya təşkil olunub.



Xəbərin mətnində orfoqrafik səhv var