DÜNYA


Tbilisidə prezidentliyə namizədin keçirmək istədiyi “marixuana festivalı” baş tutmayıb

Tbilisi, 20 oktyabr, AZƏRTAC

Gürcüstanda prezidentliyə namizəd, “Girçi" partiyasının lideri Zurab Caparidzenin paytaxt Tbilisidəki “Ana dili” (Deda ena) parkında oktyabrın 20-də keçirmək istədiyi “marixuana festivalı” baş tutmayıb.

AZƏRTAC xəbər verir ki, polis tədbirə bir neçə saat qalmış parkı əhatəyə alıb. Polis, eləcə də festivalın keçirilməsinin əleyhinə olan insanlar “Girçi” partiyasının fəallarına parkda texniki avadanlıq qurmağa imkan verməyib.

Tədbir başlayana qədər festivalın təşkilatçısı olan “Girçi” partiyasının bir neçə üzvü polis tərəfindən saxlanılıb.

Parkda, həmçinin marixuana festivalına qarşı olan vətəndaşlar və ictimai fəallar etiraz aksiyası keçiriblər.

Polis əməkdaşları tərəflər arasında qarşıdurma yaranmaması üçün canlı sədd yaradıb.

"Girçi" partiyasının lideri, prezidentliyə namizəd Zurab Caparidze marixuananın leqallaşdırılmasının tərəfdarları qarşısında çıxış edib. Çıxışını bitirdikdən sonra o, ətrafında olanlara marixuana paylamağa başlayıb. Polis əməkdaşları Z.Caparidzeni və daha 10-dan çox şəxsi saxlayıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.