REGİONLAR


Təcrübə məqsədilə əkilən ADN-123 pambıq sortu yüksək məhsul verib

Bərdə, 1 noyabr, AZƏRTAC

"Azərpambıq ASK" MMC tərəfindən Bərdə rayonunda təcrübə məqsədilə Türkiyənin "Set Tohum" toxumçuluq şirkətinə məxsus ADN-123 tezyetişən pambıq sortu becərilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ADN-123 pambıq sortunun yetişdirildiyi Lək kəndi ərazisində keçirilən tarla günündə Kənd Təsərrüfatı Nazirliyinin, "Azərpambıq ASK" MMC-nin, “Aqrolizinq” ASC-nin, Türkiyənin "Set Tohum" toxumçuluq və CANSA şirkətlərinin nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak edib.

"Azərpambıq ASK" MMC-nin direktoru Bəhruz Camalov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdir müavini Fərman Kərimov, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov və "Set Tohum" şirkətinin nümayəndələri çıxış edərək, ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan, əldə olunan uğurlardan, məhsuldarlığın artırılması yollarından danışıblar. Bildirilib ki, pambıqçılıqda yüksək məhsuldarlığa nail olmağın əsas şərtlərindən biri yüksək reproduksiyalı, yerli şəraitə uyğun məhsuldar toxumlardan istifadədir. Yüksək məhsuldarlıq keyfiyyətli toxumdan başlayır.

Diqqətə çatdırılıb ki, "Azərpambıq ASK" MMC ilə əməkdaşlıq edən fermerin sahəsində becərilən tezyetişən ADN-123 sortu məhsuldarlığı ilə seçilir. Digər pambıq sortlarından xeyli gec - may ayının 23-də 2 hektar sahədə əkilən ADN-123 pambıq sortu yüksək məhsul verib. Bu sort Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğundur.

Tədbirdə, həmçinin Türkiyənin CANSA şirkətinə məxsus pambıqyığan maşının sınağı aparılıb. Bu texnikanın digərlərindən fərqli cəhəti odur ki, tam açmış pambıq sahəsinə bir dəfə girməklə tarladakı bütün pambığı yığır.

Tarla günündə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.