ELM VƏ TƏHSİL


Təhsil İnstitutu “Education 2018” sərgisində iştirak edir

Bakı, 13 oktyabr, AZƏRTAC 

Təhsil İnstitutu Bakı Ekspo Mərkəzində təşkil edilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində Təhsil Nazirliyinin geniş pavilyonunda xüsusi ayrılmış stenddə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, Təhsil İnstitutu builki sərgidə bir neçə istiqamət üzrə fəaliyyətini təqdim edib. Beynəlxalq olimpiadalarda qazanılmış medallar sərgilənib, son 20 ildə təhsil yarışlarında şagirdlərimizin 348 dəfə bayrağımızı qalib kürsüsünə qaldırdıqları vurğulanıb. Əlavə edilib ki, son 5 ildə şagirdlərimiz beynəlxalq olimpiadalarda 135 medal qazanıblar.

Bundan başqa, Təhsil İnstitutunun stendində sonuncu Respublika Fənn Olimpiadasının 8 fənn üzrə qaliblərinin şəkilləri də yer alıb. Bildirilib ki, olimpiadada iştirak edən şagirdlərin sayı hər il artır. Təqdim edilən digər fəaliyyət isə beynəlxalq qiymətləndirmə proqramları ilə bağlı olub. PIRLS – ibtidai təhsil səviyyəsinin sonunda IV sinif şagirdlərinin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramının nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb. Sevindirici haldır ki, PIRLS-2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 2016-cı ildə 0 faizdən 2 faizə qədər artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci illə müqayisədə 2016-cı ildə 9 faizdən 16 faizə yüksəlib.

Həmçinin stenddə ehtiyat dərsliklər, olimpiada sualları və həlli yolları, məktəbəqədər təhsil, eləcə də metodika, pedaqogika, tədris proqramları, elmi əsərlər və s. ilə bağlı yüzə yaxın nəşr sərgilənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.