ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı müraciətlərin cavablandırılması üçün xidmətlər təqdim edir
Bakı, 7 iyun, AZƏRTAC
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair vətəndaş müraciətlərinin cavablandırılması üçün xidmətlər təqdim edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müəllimlərin işə qəbulu ilə bağlı sualı olanlar həftənin iş günləri və iş saatlarında Çağrı Mərkəzinin 146-1 nömrəsi, (+994) 51 206 78 48 vatsap nömrəsi və İnsan Resurları Mərkəzi ilə ( Tel: (+994) 12 430 52 78 E-mail: [email protected]) əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, iyunun 4-dən 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılıb. Namizədlər iyunun 11-i saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.