ELM VƏ TƏHSİL


Təhsil naziri Qəbələ şəhərində vətəndaşları qəbul etmişdir VİDEO

Qəbələ, 28 iyun (AZƏRTAC, Şahnəzər Bəşirov). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.

AZƏRTAC xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov iyunun 28-də Qəbələ Rayon Mədəniyyət Mərkəzində Oğuz, Şəki, Qax, Zaqatala, Qəbələ və Balakən sakinlərini qəbul edərək onların arzu, təklif və şikayətlərini dinləmişdir.

Müraciətlər əsasən ali təhsil, tələbələrin bir ali və orta ixtisas məktəbindən digərinə köçürülməsi, məktəbdaxili kurs dəyişikliyi, müəllim yerdəyişmələri, işlə təminat, ali təhsil müəssisələrində ödəniş problemləri və sair məsələlərlə bağlı olmuşdur.

Nazir Mikayıl Cabbarov qəbula gələn hər bir vətəndaşı fərdi olaraq dinləmiş, qaldırılan məsələlərin həlli üçün müvafiq tapşırıqlar vermişdir. Bəzi məsələlər araşdırılması məqsədilə nəzarətə götürülmüşdür. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləmiş, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.