ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlığa başlayıb
Bakı, 9 iyun, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən agentliyin peşəkar ekspertləri tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarına yeni redaksiyada təsdiq olunmuş Akkreditasiya Qaydaları çərçivəsində “Xarici keyfiyyət təminatı”na dair təlimlərin təşkili nəzərdə tutulur. Təlimlərin əsas məqsədi universitetin əməkdaşlarını yeni redaksiyada təsdiq olunmuş Akkreditasiya Qaydaları ilə tanış etmək, özünütəhlil hesabatını düzgün şəkildə yazılması barədə məlumat vermək, onlarla akkreditasiya prosesinin milli və beynəlxalq standartlarını müzakirə etməkdən ibarətdir.