CƏMİYYƏT


Təkərli oturacaqdan istifadə edən müharibə veteranlarının asudə vaxtlarının səmərəli təşkili davam edir

Bakı, 24 may, AZƏRTAC

“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi və Azərbaycan Əlil Velosipedçilər Klubunun birgə təşkilatçılığı ilə “Əlil arabası istifadəçisi olan gənc müharibə veteranlarının 1-ci Şəbəkələşmə Düşərgəsi” layihəsi çərçivəsində “davamlılıq” fəaliyyəti keçirilib. Təkərli oturacaqdan istifadə edən Vətən müharibəsi iştirakçılarının Respublika velotrekinin ərazisində ilk dəfə para-velosiped idman növü ilə tanışlığına şərait yaradılıb.

Layihənin rəhbəri Fərhad Abdulovun AZƏRTAC-a verdiyi məlumata görə, Şəki şəhərində təşkil olunan düşərgədə iştirak etmiş müharibə iştirakçılarının maraq göstərdiyi fəaliyyətə cəlb olunması nəzərdə tutulur. Davamlılıq fəaliyyəti çərçivəsində müəyyən bir qrup iştirakçının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə ziyarətinin təşkili, digər bir qrup iştirakçının isə Şəki KOB İnkişaf Mərkəzinin xidmətlərindən faydalanması təmin olunacaq.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” ilə bağlı elan etdiyi xüsusi qrant müsabiqəsinin “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili təşəbbüsləri” istiqaməti üzrə qalibdir. “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən icra olunmuş layihənin məqsədi əlil arabasının istifadəçiləri olan gənc müharibə veteranlarının asudə vaxtlarının səmərəli təşkilinin inkişaf etdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.