ELM VƏ TƏHSİL


Tələbə adını qazanan abituriyentlər: UNEC ailəsinin üzvü olmaqdan məmnunuq

Bakı,16 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunan abituriyentlərin sənəd qəbulu davam edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, abituriyentləri və valideynləri təbrik edən fakültə dekanı Mirağa Əhmədov universitetdə həyata keçirilən ən son yeniliklər, eləcə də universitetin beynəlxalq əlaqələri barədə onlara məlumat verib.

Tələbə təşkilatlarının rəhbərləri, UNEC-in könüllüləri birinci kurs tələbələrini auditoriyalarla tanış ediblər.

Tələbə adını qazanan abituriyentlər UNEC-i seçdiklərinə görə məmnun olduqlarını bildiriblər.

Qeydiyyat avqustun 25-nə kimi davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.