ELM VƏ TƏHSİL


Tələbə gənclər təşkilatlarının sədrləri Xəzər Universitetində olmuşlar

Bakı, 14 fevral (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Xəzər Universitetində Bakı və Sumqayıtda yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatları sədrlərinin iştirakı ilə iclas keçirmişdir.

Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, iclasın gündəliyində duran əsas məsələ qarşıdan gələn təqvim tədbirləri ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi, həmçinin sənədləşmə qaydalarına riayət edilməsi olmuşdur.

İclasdan sonra tədbir iştirakçıları bu ali təhsil ocağının tələbə məclisinin işi ilə tanış olmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.