İDMAN


Tələbə idmançıların voleybol yarışlarına yekun vurulub

Bakı, 3 dekabr, AZƏRTAC

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta təhsil müəssisələrinin tələbələri arasında respublika birinciliyi çərçivəsində keçirilən voleybol yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, qızlar və oğlanlar arasında voleybol yarışları Bakı 2 saylı Baza Tibb Kollecinin idman zalında keçirilib. Oğlanların yarışında Bakı Sosial İqtisad, 2 saylı Bakı Baza Tibb və Azərbaycan Dövlət Pedaqoji kolleclərinin komandaları müvafiq olaraq ilk üçlükdə qərarlaşıblar. Qızların turnirində isə ilk yeri Azərbaycan Dövlət Pedaqoji Kolleci tutub. İkinci və üçüncü yerlərə isə Bakı 2 saylı Tibb və Bakı 1 saylı Tibb kolleclərinin komandaları sahib olublar.

Qeyd edək ki, bununla da orta təhsil müəssisələrinin tələbələri arasında keçirilən respublika birinciliyi başa çatıb. Tələbə idmançılar birincilik çərçivəsində idmanın beş növü - şahmat, dama, stolüstü tennis, voleybol və basketbol üzrə yarışlarda güclərini sınayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.