Tələbələr Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
AzerTAg.az
Bakı, 1 fevral, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup tələbəsi Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ekskursiya “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universitetində keçiriləcək tədbirlər planı”na əsasən təşkil olunub.
Ekskursiyada gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Daha sonra, tələbə və magistrantlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.




Xəbərin mətnində orfoqrafik səhv var