CƏMİYYƏT


Tərtər rayon sakininə məxsus avtomobil qaçırılıb

Bakı, 7 avqust, AZƏRTAC 

Tərtər Rayon Polis Şöbəsinə avqustun 6-da saat 19 radələrində Sarov kəndi ərazisindən kənd sakini R.Rəsulova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin V.Musayev tərəfindən qaçırılması və idarə edilərkən aşırılması müəyyənləşdirilib.

V.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sərxoş halda olması müəyyən edilib.

Hadisə ilə bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.