REGİONLAR


Tərtərdə şəhid Mehrac Mahmudovun doğum günü qeyd olunub

Tərtər, 18 yanvar, AZƏRTAC

Tərtərdə “Azərbaycan Bayrağı” ordenli şəhid Mehrac Mahmudovun doğum günü qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri Səhləbad kəndindəki “Şəhidlər” abidəsinin önünə tər gül dəstələri qoyublar. Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhid Mehrac Mahmudovun həyat və döyüş yolu haqqında məlumat verilib. Bildirilib ki, Mehrac Mahmudov 1958-ci il yanvarın 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1977-1979-cu illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Texnologiya institutunu bitirib. Ermənilərin torpaqlarımıza təcavüzü başlayanda M.Mahmudov “Tərtər” özünümüdafiə batalyonuna yazılıb. Tərtər və Ağdam rayonları istiqamətlərində gedən döyüşlərdə şücaət göstərib. 1994-cü il aprelin 23-də Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olub. Göstərdiyi xüsusi xidmətlərinə və şücaətinə görə 1998-ci il iyunun 24-də “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. 2016-cı ildə Tərtər şəhərindəki küçələrdən birinə Mehrac Mahmudovun adı verilib.

Tədbirdə məktəblilər Vətənə, şəhidlərə aid şeirlər söyləyiblər. Şəhidin oğlu Ziya Mahmudov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.