REGİONLAR


Tərtərdə yaşayış məntəqələrini atəşə tutan düşmən mülki şəxslərin evlərini hədəf alıb

Tərtər, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində, cəbhə zonasında yerləşən Azərbaycanın yaşayış məntəqələri məqsədli şəkildə atəşə tutulub, fərdi evlər yararsız hala düşüb, mülki şəxslər arasında yaralılar var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmənin cəbhəboyu zonada Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması nəticəsində Tərtər rayonunun mülki sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov yaralanıb. O, təcili xəstəxanaya çatdırılıb.

Rayon sakinləri Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verdiyini və hər zaman Azərbaycan əsgərinin yanında olduqlarını bildirirlər.

Qeyd edək ki, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə ciddi ziyan dəyib.

Mülki əhali arasında Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov, Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov, Füzuli rayon sakinləri 1960-cı il təvəllüdlü Füzuli Məmmədov, 1995-ci il təvəllüdlü Vüsal Quliyev, Ağdam rayon sakinləri 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov, 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.