ELM VƏ TƏHSİL


Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları ekspedisiyada olublar

Bakı, 10 iyun, AZƏRTAC

Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları ekspedisiyada olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, biologiya üzrə fəlsəfə doktorları İradə Mustafayeva və Zinyət Şahverdiyeva Neftçala rayonunun pambıq sahələrində, biologiya üzrə fəlsəfə doktorları İlhamə Səfərova, Səliqə Qazi və Güntəkin Rzayeva isə Ağsu rayonunun müxtəlif aqrosenozlarında ekspedisiyada olublar. Ekspedisiya zamanı tədqiqatçılar mövzulara uyğun olaraq müşahidələr aparıb, laboratoriya təcrübələri üçün materiallar toplayıblar. Həmçinin təsərrüfatçıları maraqlandıran sualları cavablandırıb, onlara tövsiyələr veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.