ELM VƏ TƏHSİL


Tətbiqi mexanikaya dair dərs vəsaiti çapdan çıxıb

Bakı, 6 oktyabr, AZƏRTAC

“Tətbiqi mexanika” adlı dərs vəsaiti nəşr olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən AZƏRTAC-a bildiriblər ki, dərs vəsaitində mövzular qısa və aydın şəkildə verilib. Bu vəsaitin hazırlanmasında mexanikanın müxtəlif bölmələrinə aid zəngin ədəbiyyatdan istifadə edilib.

Tətbiqi mexanika fənni təbiət və texniki elmlər sırasına aid olub, qeyri-maşınqayırma ixtisaslarında təhsil alan tələbələrin “Nəzəri mexanika”, “Maşın və mexanizmlər nəzəriyyəsi” və “Maşın hissələri” fənlərinin əsas hissələrinin öyrənmələrinə, eləcə də mühəndis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Dərs vəsaiti tələbə və mütəxəssislər üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.