CƏMİYYƏT


“The European Alliance” xəbər agentliyinin baş katibi Bakıda gənclər üçün təlim keçib

Bakı, 26 may, AZƏRTAC

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və dörd ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün ADA Universitetində “The European Alliance” xəbər agentliyinin baş katibi Alexandru Giboi tərəfindən "Media savadlılığı" mövzusunda təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, interaktiv formada təşkil edilən təlim zamanı media və rəqəmsal savadlılıq, jurnalistikada etika, sosial texnologiya dünyasında jurnalistika və digər mövzulara toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.