Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“The Jerusalem Post”: Bu gün Azərbaycanın qabaqcıl və müasir ordusu var

“The Jerusalem Post”: Bu gün Azərbaycanın qabaqcıl və müasir ordusu var

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Dağlıq Qarabağ bölgəsində erməni separatçılarına qarşı hərbi hücumlarını uğurla davam etdirir. Rəsmi Bakı haqlı olaraq, bu qüvvələri Ermənistanın dəstəklədiyi qondarma “DQR” hesab edir.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış hərbi jurnalist Set Fransmanın İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan Ermənistan ilə münaqişədə nəyə nail olmaq istəyir” sərlövhəli məqaləsində deyilir.

Məqalə müəllifi qeyd edir ki, bu ölkələr XX əsrin 90-cı illərindən münaqişə aparır, lakin son illər hərbi toqquşmalar daha tez-tez baş verir.

“Azərbaycan Ermənistan ilə danışıqlarda real irəliləyiş və tərəqqi tələb edir. Sentyabrın 27-də Azərbaycan bəyan edib ki, erməni qüvvələri genişmiqyaslı təxribatlar törədiblər və Azərbaycan əks-hücuma başlayaraq cavab verməyə məcbur olub. İndi bu anlayış genişlənib və buraya artilleriyadan istifadə, müasir pilotsuz uçuş aparatları ilə zərbələr, nəqliyyat vasitələrinin məhv edilməsi və onlarca döyüşçünün öldürülməsi daxildir. Yerlərdə vəziyyət onu göstərir ki, Azərbaycan ordusu Murovdağ silsiləsindəki kəndləri və Murov zirvəsini nəzarət altına almaqla real irəliləyişə nail olub”, - deyə Set Fransman qeyd edir.

Məqalə müəllifi vurğulayır ki, baş verən hərbi hadisələr barədə azərbaycanlı ekspertlərlə söhbətdə, həmçinin ermənilərin hesabatlarının bilavasitə təhlilində indiki vəziyyətdə real müharibə dumanı hiss olunur.

“Azərbaycanın real olaraq bir məqsədi var idi – təmas xətti, o cümlədən 250 kilometrdən çox cəbhə xətti boyunca əks-hücuma keçmək. Həmin sahə 13 min kvadratkilometrə bərabərdir. Xüsusən atəşə məruz qalan obyektlər sırasına şimalda Vardenis-Ağdərə şosesindən Azərbaycan əsgərlərinin uğurla mühasirədən çıxardıqları Murovdağ zirvəsinədək ərazi daxildir.

Azərbaycan mənbələri xəbər verirlər ki, ordu bazar günü bütün cəbhə boyunca iri əks-hücuma başlamağı qərara alıb. Buraya tanklardan, pilotsuz uçuş aparatları, artilleriya və raket qurğularından istifadə aid idi. Qeyd etmək yerinə düşər ki, pilotsuz uçuş aparatlarından taktiki və strateji istifadəyə gəlincə, Azərbaycan qabaqcıl və müasir orduya malikdir. Ordu bu vasitələrdən düşmənin zenit hissələrinin məhvi üçün istifadə edib. Türkiyə televiziyasında nümayiş etdirilən videoda da həmin hissələrə çoxsaylı zərbələr endirilməsi göstərilib.

Müəllif yazır ki, Azərbaycan paytaxt Bakıdan təxminən 230 kilometrlik cəbhəyanı zonanı döyüş əməliyyatları zonası elan edib.

Ölkə uçuşları bir neçə günlüyə dayandırıb və əsgərləri qismən səfərbər edir. Azərbaycanda on minlərlə insan çağırışa hazırdır və ölkə rəhbərinin fəaliyyətini dəstəkləyirlər.

Azərbaycan bəyan edib ki, bazar günü düşmənin 12 zenit-raket kompleksi darmadağın edilib, ermənilərin çoxlu sayda pilotsuz uçuş aparatı və onlarca maşın, həmçinin helikopterlər vurulub.

Azərbaycan haqlı olaraq təsdiqləyir ki, Ermənistan onun beynəlxalq səviyyədə tanınan ərazilərini 1991-ci ildən qeyri-qanuni işğal edib və bu ərazilər Azərbaycan ərazilərinin 20 faizini təşkil edir.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycan qondarma “DQR”in yerləşdiyi Dağlıq Qarabağ regionunun “mübahisəli ərazi” deyil, müstəqil Azərbaycanın ayrılmaz hissəsi olduğunu inadla və aydın şəkildə vurğulayır.

“Bundan başqa, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə bitişik yeddi rayonunu işğal edib. Bütün bu illər ərzində Ermənistan dinc yolla bu rayonlardan imtina etməyə hazırlaşmayıb”, - deyə mənbə bildirir.

Beləliklə, Set Fransmanın sözlərinə görə, müharibə Ermənistan ərazisi uğrunda deyil, beynəlxalq hüquqa müvafiq olaraq Bakıya məxsus olan ərazilərin özünə qaytarılması uğrunda aparılır. “Rəsmi Bakı təsdiqləyir ki, 28 ildən artıqdır təmkin nümayiş etdirib, bu gün isə onun keyfiyyətli texnoloji üstünlüyə malik böyük və güclü ordusu var. Bunun səbəblərindən biri İsrail ilə sıx strateji siyasi və hərbi-texniki münasibətlər, həmçinin enerjidaşıyıcılarından, o cümlədən neft kəmərləri və yeni qaz kəmərlərinin tikintisi planları da daxil olmaqla maliyyə imkanlarıdır. Bu imkanlar Azərbaycanı Avropa, Türkiyə və beynəlxalq bazarlarla bağlayır”, - deyə Set Fransman İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində yazır.

Azərbaycan bu münaqişənin nizamlanması üzərində ATƏT-in Minsk qrupu ilə uzun illər ərzində sıx əməkdaşlıq edib. Yerevan işğal edilmiş torpaqların bircə qarışını belə sülh yolu ilə azad etmək üçün siyasi iradə göstərməyib.

“Məlumatlara görə Azərbaycan ermənilərin işğal edilmiş Dağlıq Qarabağda silah-sursat anbarlarına zərbə endirib. Bakıda, həmçinin bildirirlər ki, döyüşlərin birinci günündə ermənilər iriçaplı silahlardan, minaatanlardan və artilleriyalardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərini, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini atəşə tutublar”, - deyə müəllif yazır.

Set Fransmanın fikrincə, Azərbaycan haqlı olaraq göstərir ki, beynəlxalq hüquq onun tərəfindədir və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

“Bu ilin iyul ayında Azərbaycan ilə Ermənistan arasında Tovuz və Goranboy rayonlarında da döyüşlər baş verib. Bu dördgünlük münaqişə və 2016-cı ilin Aprel döyüşləri indiki münaqişənin başlanğıcı idi. Hazırkı vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi üzərinə düşür”, - deyə Bakı təsdiqləyir.

“Azərbaycan əmindir ki, onun son onilliklər ərzində müasirləşdirilmiş silahlı qüvvələri Dağlıq Qarabağda Ermənistanın silahlı qüvvələri üzərində qələbə qazana bilər.

Azərbaycan fəxr edir ki, regionda özünün iri və nüfuzlu aktorlardan asılı olmayan müstəqil xarici siyasətini yürüdür. Onilliklərlə danışıqlar prosesində irəliləyişi və ya tərəqqini gözləyən Bakı hesab edir ki, bu səylər risk bahasına başa gəlib”, - deyə Set Fransman yazır.

Müəllif Bakıda cari vəziyyətə münasibət barədə Azərbaycan nümayəndəsinə bir neçə sual verib. Cavab belə olub: “O tərəf qalib gəlir ki, onun uğurlu hərbi əməliyyatları təmin edən daha qabaqcıl texnoloji vasitələri olsun”.

Dağlıq Qarabağda döyüşlərdə öldürülmüş ermənilərin siyahısındakı gənclərin əksəriyyəti 1990-cı illərdə, bəziləri isə 1998-ci ildə doğulanlardır. Bu isə onu göstərir ki, onlar bu döyüş meydanını formalaşdıran münaqişədən xeyli sonra dünyaya gəliblər. Öz hökumətlərini daha irəli getməyə çağıran gənc azərbaycanlılar kimi onlar da yeni nəslin nümayəndələri idi”, - deyə hərbi müxbir Set Fransman İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində şərh edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub