MƏDƏNİYYƏT


Timur Əsgərov “Silviya” baletində Amintanın partiyasını ifa edəcək

Bakı, 1 noyabr, AZƏRTAC

Dekabrın 15-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Leo Delibanın “Silviya” üçpərdəli baleti nümayiş olunacaq.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Amintanın partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

“Silviya” baletinin dünya premyerası (Lui Merantın xoreoqrafiyasında) 1876-cı ildə Parisdə olub. Baletin Frederik Aştonun xoreoqrafiyasında premyerası 1952-ci ildə Londonda Kral Opera Teatrında keçirilib. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü il aprelin 3-də oynanılıb.

Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik və Ukrayna Milli Akademik opera və balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamına əsasən Timur Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.