DÜNYA


Tokio Fond Birjasında “Nikkei” indeksi son beş ayda ilk dəfə 30 min həddinə çatıb

Tokio, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Tokio Fond Birjasında Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin məzənnəsini özündə əks etdirən “Nikkei” indeksi son beş ayda ilk dəfə 30 min həddinə çatıb.

AZƏRTAC xəbər verir ki, həmin gün səhər sessiyası zamanı “Nikkei” indeksi əvvəlki günlə müqayisədə 235 bənd artaraq 29894,92 bəndində qərarlaşıb. Bildirilir ki, bu, apreldən bəri keçirilən hərraclar zamanı ilk dəfə həmin indeksin 30 min bəndinə yaxınlaşmasıdır.

Bazar analitiklərinin bildirdiyinə görə, investorlar Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin sabitləşəcəyi barədə xəbərlər fonunda səhmləri almağa başlayıblar. Çoxları Yoşihide Suqanı əvəz edəcək yeni Baş nazirin iqtisadiyyatın bərpası ilə bağlı lazımi tədbirlər görəcəyinə inanır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.