İDMAN


Topaz Premyer Liqasının 2018-2019 mövsümünün rekordları

Bakı, 13 may, AZƏRTAC

Peşəkar Futbol Liqası (PFL) futbol üzrə Azərbaycan çempionatının 2018-2019-cu il mövsümünün sonuncu – 28-ci turunda qeydə alınan bir sıra statistik göstəriciləri açıqlayıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, sonuncu turdakı dörd matçdan yalnız birində meydan sahibləri qələbə qazanıblar. Üç görüşdə isə qonaqlar qalib gəliblər. Bu da mövsümün ümumi statistikasını səfərdə oynayan komandaların lehinə dəyişib. Çempionatın 112 qarşılaşmasında ev sahibləri 43, qonaqlar 44 dəfə qalib gəliblər, 25 matçda heç-heçə qeydə alınıb.

1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində ilk dəfə meydan sahiblərinin məğlubiyyəti qələbəsindən çoxdur. Əvvəlki 26 mövsümün hamısında üstünlük ev komandalarında olub. Əksər hallarda isə bu üstünlük nəzərə çarpacaq dərəcədə böyük olub.

Cari mövsümün nəticələrinə əsasən, “Qarabağ”, “Neftçi”, “Səbail”, “Sabah” və “Keşlə” səfər matçlarında ev oyunlarından çox xal qazanıb. Üç komanda – “Qəbələ”, “Zirə” və “Sumqayıt” isə öz meydanında daha uğurlu çıxış edib. Ümumilikdə isə “Qarabağ” həm ev, həm səfər görüşlərində topladığı xalların sayına görə birinci olub. “Neftçi” komandası isə hər iki göstərici üzrə ikinci yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.