İDMAN
“Toro Rosso”da komandanın adının “Alpha Tauri”yə dəyişdirilməsi ilə bağlı rəsmi bəyanatla çıxış ediblər
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 14-də “Toro Rosso” komandası yeni bolidinin təqdimatını keçirəcək və eyni zamanda, adını rəsmi olaraq “Alpha Tauri”yə dəyişdirəcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı komandanın mətbuat xidməti öz saytında rəsmi bəyanat dərc etdirib. Bəyanatda “yeni minilliyin” başlanmasına start verilməsi barədə bildirilir.
“Toro Rosso” fəaliyyətə çox kiçik bir komanda kimi başlayıb. İllər keçdikcə o, inam qazanıb və idmanda bir çox ulduzların start götürməsinə şərait yaradıb. Komandanın adının dəyişdirilməsi - “Red Bull” brendinin qlobal inkişaf strategiyasında daha bir əsas mərhələdir. Yeni ad özündə dəb və funksionallığı birləşdirəcək, bundan sonra Formula 1 çempionatının innovasiya aləmini əhatə edəcək.
“Alpha Tauri” – “Red Bull” tərəfindən yaradılan premium-klasslı ayrıca dəb brendidir. Onun moda sənayesinə açacaq yeni yol özündə stil ilə funksionallığı birləşdirəcək. 15 ildən sonra “Toro Rosso” ilə vidalaşmağın və “Alpha Touri”ni qarşılamağın zamanı çatıb. Yeni minilliyin əvvəlini qaçırmayın. 14 fevral 2020-ci il”, - deyə bəyanatda bildirilir.
Mətbuat üçün məlumatda o da vurğulanır ki, komanda “Toro Rosso” brendi altında iştirak etdiyi 268 Qran-Pridə 500 xal və 3 podium (o cümlədən 1 qələbə) qazanıb. Ötən mövsümdə Daniil Kvyat “Toro Rosso”ya qələbə gətirərək Almaniya Qran-Prisində üçüncü pilləyə yüksəlib, Pyer Qasli isə Braziliya mərhələsində ikinci yeri tutub.