İDMAN
“Tottenhem” klubu “Mançester Siti”ni məğlub edərək liderliyə yüksəlib
Bakı, 22 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 9-cu turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə bir necə maraqlı oyunlar olub.
Turun mərkəzi görüşündə "Tottenhem" klubu öz meydanında “Mançester Siti” komandasını qəbul edib.
“Tottenhem Hotspur” stadionunda oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı London təmsilçisi erkən (5-ci dəqiqə) qolla açıb. Tanqi Ndombelenin ötürməsindən sonra Son Xın-Min fərqlənib. Fasilədən sonra Joze Mourinyonun yetirmələri hesabı artırıb. Oyuna yenicə daxil olmuş Lo Celso adını tabloya yazdıraraq son nöqtəni qoyub.
“Tottemhem” bu qələbədən sonra xal ehtiyatını 20-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Mançester Siti” isə 12 xalla 11-ci yerdə qərarlaşıb.
Günün digər görüşündə “Çelsi” səfərdə
“Nyukasl Yunayted”i (2:0), “Brayton” isə “Aston Villa”nı (2:1) məğlub edib.